SOSİUM

"Planşet" və "iPod" istehlak səbətinə daxil ediləcək"
15 SENTYABR
526

"Planşet" və "iPod" istehlak səbətinə daxil ediləcək"

2016-09-15 19:41:00

Bu ilin sonunda Dövlət Statistika Komitəsi(DSK) istehlak səbətinə daxil olan məhsul və xidmətlərin say və tərkibinə yenidən baxacaq. Bunu DSK-nın sədr müavini Rauf Səlimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, komitə səbətə yeni məhsul və xidmətlər əlavə etmək niyyətindədir: "Hazırda istehlak səbətində 560 adda mal və xidmət növü mövcuddir. Yəni bu günə səbətdə heç bir dəyişiklik yoxdur. Amma ilin sonuna buna yenidən baxılacaq. Proses belədir ki, bizdə metodoloji şura toplanır və biz öz təkliflərimizi İqtisadiyyat Nazirliyinə veririk. Sonra isə əhalinin daha az istifadə etdiyi məhsullar siyahıdan çıxarılır və ora İKT sahəsində yeni çıxan məhsulları salırıq. Xüsusilə planşet, "Ipod" və başqa bu kimi məhsulları nəzərə almağa çalışacağıq".

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275