SOSİUM

Yağışlar başlayır - HAVA PROQNOZU
15 SENTYABR
381

Yağışlar başlayır - HAVA PROQNOZU

2016-09-15 12:37:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a daxil olan məlumata görə:

Bakıda və Abşeron yarımadasında                                     

Sentyabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Sentyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275