SOSİUM

Bu il neçə şagird məktəbə gedəcək? - STATİSTİKA
14 SENTYABR
290

Bu il neçə şagird məktəbə gedəcək? - STATİSTİKA

2016-09-14 15:57:00

2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. Təhsil Nazirliyindən fins.az-a verilən xəbərə görə, onlar 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaqıa. 

Bu il orta  məktəblərdəki şagirdlərin ümumi sayı isə 1 415  242 nəfər təşkil edəcək.

Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275