SOSİUM

Prezident Masallıdadır - YENİ OBYEKTLƏRİN AÇILIŞI
03 SENTYABR
1055

Prezident Masallıdadır - YENİ OBYEKTLƏRİN AÇILIŞI

2016-09-03 11:46:00

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı rayonuna səfər edib. Fins.az-ın məlumatına görə, dövlət başçısı Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışına qatılıb.

Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır.

Muzeydə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

Prezident “ASAN həyat” kompleksinin açılışında da iştirak edib. Məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.

Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274