SOSİUM

Azərbaycanda məktəbli forması baha deyilmiş – QİYMƏTLƏR
31 AVQUST
1447

Azərbaycanda məktəbli forması baha deyilmiş – QİYMƏTLƏR

2016-08-31 15:47:00

Sabahdan bir çox ölkələrdə yeni dərs ili başlayır. Bu da ailə büdcəsində xərclərin xeyli artmasına səbəb olub. İndiki iqtisadi böhran dövründə  bu, valideynlər üçün  əsl həyəcana çevrilib.

Son aylarda Azərbaycanda qiymətlərin az qala hər gün bahalaşması məktəbli valideynlərinin qayğılarını daha da artırıb. Təkcə məktəbli forması 37-46 manat arasında dəyişir. Digər  xərcləri də  nəzərə alsaq, bizdə bir uşağın məktəbə  yola salınmasına minimum  153 dollar tələb olunur.    

Fins. az MDB ölkələrində yeni dərs ili üçün məktəblilərin xərclərini araşdırıb.  Məlum oldu ki, qiymətlərin bahalaşması bəzi ölkələrdə - Qırğızıstan və Ermənistanda məktəbli formalarının ləğvinə səbəb olub. Qazaxıstanda isə qızlar və oğlanlar üçün forma müxtəlif qiymətə başa gəlir.

Qiymətlərlə daha ətraflı cədvəldə tanış ola bilərsiz.  

Ölkələr

Məktəbli formasının                     

          qiyməti

1 şagirdin ümumi məktəb xərcləri

Rusiya

$ 65

$308

Belarusiya

$100

$400-450

Qazaxıstan

$250 (oğlan),  280 (qız)

$248

Azərbaycan

$30

$153

Tacikistan

$21

$70

Özbəkistan

$18

$99

Ukrayna

$22

$200

Gürcüstan

$26

$65

Ermənistan

-

$105

Qırğızıstan

-

$80-120

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272