SOSİUM

Bu bələdiyyənin cəriməsi ləğv olundu – AÇIQLAMA
30 AVQUST
394

Bu bələdiyyənin cəriməsi ləğv olundu – AÇIQLAMA

2016-08-30 16:39:00

Ağsu rayon Cəlayir bələdiyyəsinin sədri Oktay Nəzərov bələdiyyənin qanunsuz cərimə edilməsinə etiraz olaraq məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylI Şamaxı Regional Mərkəzinin əməkdaşları Cəlayir bələdiyyəsinə qarşı 8500 manat cərimə tətbiq edib.

Səbəb kəndin ətrafında zibil tullatılarının daşımaması, qalaqlanması və ekoloji duruma ciddi təhlükə yaratması olub. Sədrin sözlərinə görə, üç ay əvvəl baş vermiş bu hadisədən sonra tətbiq edilən cərimənin ləğv edilməsiylə bağlı məhkəməyə müraciət edilib.

Cərimə protokolunun tərtibində yol verilmiş qüsurları nazirliyin əməkdaşları da məhkəmə prosesində etriaf etdiklərindən, sonra onun icarsı dayandırlıb “İl ərzində 7 min manat büdcəsi olan bələdiyyəyə qarşı 8500 manat cərimənin tətbiq edilməsi görünməmiş hadisədir. Protokola hec bir hüquqi normalara uyğun olmayan məqamların salınması və nəticədə bu qədər məbləğdə cərimə tətbiq edilməsi məntiqə sığan deyil”.

Sədr vurğulayıb ki, hər zaman bələdiyyə inzibati ərazi çərçivəsində təmizliyin qoruması və zibil tullantılarının vaxtında daşınması üçün addımlar atır.

Qeyd edək ki, məhkəmə çəkişməsindən sonra nazirliyin müvafiq şöbəsi cərimənin tətbiqini dayandırıb.

Mənbə: Bələdiyyə.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275