SOSİUM

Sovet pullarına nə almaq olardı – SİYAHI
12 AVQUST
673

Sovet pullarına nə almaq olardı – SİYAHI

2016-08-12 16:05:00
Bir az nostalji hisslərinə qapılaq və Sovet vaxtlarının əskinazlarına nələr ala bildiyimizi xatırlayaq.
 
Bir rubl:
 
- yeməkxanada tam nahar;
- 100 kilometlik yolu avtostopla qət etmək (1 qəpik - 1 kilometr);
- 33 stəkan limonad sirop;
- telefon-avtomatdan 50 zəng;
- 100 kibrit qutusu;
- 5 "Plombir", ya da 10 südlü dondurma;
- 5 litr süd;
- Trolleybusda ya metroda 20 gediş haqqı;
- İki şüşə yaxşı pivə, hələ bir qalıq da qalacaq;
- Kinoya gündüz seansına 20 bilet;
- "Pamir" siqareti 8 qutu;
- Yay mövsümünün sonunda bazardan 6 kilo qarpız, ya da 3 kilo yemiş.
- Hamama və ya kişi bərbərxanasına 5 gediş;
- Kurortlarda bir yataq yerinin gündəlik qiyməti.
 
Üç rubl:
 
- 5-6 nəfərlik zavod və ya məktəb yeməkxanasında nahar;
- restoranda bir nəfərlik nahar;
- kitab;
- gəlincik və yaxud sovet istehsalı oyuncaq;
- şərab (məsələn, "Krımskiy");
- istirahət günü ailə ilə mədəni gəzinti, qəlyanaltı daxil;
- xarici siqaretin bir qutusu;
- uşağın, ona hər kəs həsəd aparan cib xərclik məbləği.
 
5 rubl:
- mağazadan 2 kilo ət;
- araq (iştahaçanlarla birgə);
- bir aylıq mənzil kirayəsi;
- taksidə gediş;
- ən yaxşı konfetin bir kilosu.
 
10 rubl:
 – maaşa az qalan vaxt ən çox borc götürülən məbləğ, həmən o məbləğ ki ,borcalana ona xatırlatmaq utandırıcı olmasın;
- bahalı böyük kooperativ kolbasa;
- bahalı texniki, ya da stolüstü oyuncaq, maşın yaxud da bilyard tipli.
 
25 rubl:
- yerli aviaxətlərdə bir biletin qiyməti (msl. Leninqrad-Moskva:18 rubl);
- restoranda "Full paket" istirahət;
- Eskort-xidməti.
 
50 rubl:
- yeniyetmə üçün velosiped;
- aztəminatlı pensiya, həmkarların xətti ilə; 
- yaxşı oxuyan tələbənin təqaüdü;
- İki həftəlik Prielbrusiyaya həmkarların xətti ilə tur-paket - 30 rubl.
 
100 rubl:
- cənub istiqamətində təyyarəyə bilet (gediş-qayıdış);
- kasıb ali təhsilli mühəndisin aylıq gəliri (maaş - 120 rubl);
- yüksək pensiya. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275