SOSİUM

Azərbaycanda statistika təkmilləşdirilir – TOPLANTI
28 İYUL
229

Azərbaycanda statistika təkmilləşdirilir – TOPLANTI

2016-07-28 13:19:00

Dövlət Statistika Komitəsində “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 3-cü iclası keçirilib.

Komitədlən fins.az-a verilən məlumata görə, iclasda Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniyanın Azərbaycandakı Səfirliyi, Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun təmsilçiləri iştirak ediblər.

Benefisiar ölkə tərəfindən layihə rəhbəri, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən layihə rəhbəri, Almaniya Statistika İdarəsinin mütəxəssisi Rinqo Raupax tərəfindən layihənin gedişi barədə ümumi məlumat verilib.

İclasda layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar dinlənilib. Layihənin üçüncü rübü ərzində planlaşdırılmış işlərin yerinə yetirilməsi müzakirə edilib, meydana çıxan problem və çətinliklər barədə məsələ qaldırılıb, onların həlli yolları araşdırılıb. Qarşıda duran məsələlərin və nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, layihənin üçüncü rübü ərzində Bolqarıstan, Çex Respublikası, Almaniya, Niderland, Xorvatiya, Latviya və Sloveniyadan olan mütəxəssislər tərəfindən 7 qısamüddətli ekspert missiyası, Dövlət Statistika Komitəsinin nümayəndələrinin iştirakı ilə isə Bolqarıstan və Almaniya Federativ Respublikasına 2 təlim səfəri təşkil edilib.

Ekspert missiyalarının əsas məqsədi Aİ-yə üzv olan dövlətlərin statistika qurumlarının mütəxəssisləri tərəfindən müvafiq komponentlər üzrə Dövlət Statistika Komitəsində mövcud olan vəziyyətin qiymətləndirilməsidir. Təlim səfərlərində isə Avropa statistika sistemində bu komponentlər çərçivəsində görülən işlər, istifadə olunan metodologiya ilə tanışlıq olub. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Ülviyyə Abdullayeva tərəfindən layihənin uğurla davam etdiyi bildirib. Tədbirdə qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272