SOSİUM

Silah zavodunda partlayışla bağlı Dövlət Komissiyası yaradıldı- PREZİDENTDƏN SƏRƏNCAM
26 İYUL
745

Silah zavodunda partlayışla bağlı Dövlət Komissiyası yaradıldı- PREZİDENTDƏN SƏRƏNCAM

2016-07-26 19:11:00

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayışın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb:

Fins.az-ın məlumatına görə, sərəncamda deyilir:

2016-cı il iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş vermiş, nəticədə yaralananlar vardır. Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

 

Komissiyanın sədri

 

 

Yaqub Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

 

Komissiyanın üzvləri:

 

 

 

Yavər Camalov

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

 

Zakir Həsənov

Azərbaycan Respublikasının müdafiə naziri

 

 

Zakir Qaralov

Azərbaycan Respublikasının Baş prokuroru

 

Mədət Quliyev

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Vilayət Eyvazov

Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

 

Səlim Müslümov

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 

Faiq Tağı-zadə

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Abbas Vəlibəyov

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Mərdan Camalov

Şirvan şəhəri icra hakimiyyətinin başçısı

 

 

 

 

 2. Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

3. Azərbaycan Respublikasının Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirsin.

 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 iyul 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272