SOSİUM

ANS Televiziyasının yayımı dayandırılıb
18 İYUL
1881

ANS Televiziyasının yayımı dayandırılıb

2016-07-18 19:41:00

ANS Televizyasının və radiosunun yayımı dayandırılıb. Bu barədə ANS-dən məlumat daxil olub.

Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.

Mənbə: APA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272