SOSİUM

Azərbaycanda vitse-prezident postu yaradılır – KONSTİTUSİYAYA DƏYİŞİLİK
18 İYUL
2072

Azərbaycanda vitse-prezident postu yaradılır – KONSTİTUSİYAYA DƏYİŞİLİK

2016-07-18 19:40:00

Azərbaycanda vitse-prezident postunun yaradılması nəzərdə tutulur. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsində nəzərdə tutulur.
Prezident İlham Əliyevin sərəncamı ilə Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Eləcə də: Vitse-prezidentin hansı səlahiyyətləri olacaq? – LAYİHƏ

Bunun üçün Konstitusiyaya yeni maddə – «Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri» maddəsi əlavə edilib.

Həmin maddəyə görə, Azərbaycan Respublikasında bir neçə vitse-prezideknt ola bilər. Birinci vitse-prezident və vitse-prezidentlər vəzifəyə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və azad ediləcək.
Vitse-prezident vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272