SOSİUM

«ASAN qatar» sistemi fəaliyyətə başlayacaq» -İlham Əliyev
12 İYUL
867

«ASAN qatar» sistemi fəaliyyətə başlayacaq» -İlham Əliyev

2016-07-12 01:04:00

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “ASAN xidmət”in fəaliyyətindən də bəhs edib.

Fins.az xəbər verir ki, dövlət başçısı artıq yeni bir layihə - “ASAN qatar” sisteminin də fəaliyyətə başlayacağı, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcəyi barədə məlumat verib.

Prezidenti qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub və bu rəqəm özlüyündə bir göstəricidir.

“ Hamımız yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - “ASAN qatar” sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək. Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272