SOSİUM

İkinci devalvasiyadan sonra 18 nəfər özünə qəsd edib
08 İYUN
197

İkinci devalvasiyadan sonra 18 nəfər özünə qəsd edib

2016-06-08 14:31:00

Azərbaycanda fevral ayında baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlər Klinik Tibbi Mərkəzə müraciət edib.

 Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır: 

Eləcə də bax: Azərbaycanda kreditə görə intihar artıb - RƏSMİ AÇIQLAMA

“Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. 

Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.

Qeyd edək ki, 1-ci devalvasiya 21 Fevral 2015-ci il, 2-ci devalvasiya isə  21 Dekabr 2015-ci il tarixində həyata keçirilib.

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275