SOSİUM

Bakının bir hissəsi qazsız qala bilər
07 İYUN
283

Bakının bir hissəsi qazsız qala bilər

2016-06-07 17:45:00

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Fins.az Trend-ə istinadən bildirir ki, iyunun 8-də, saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Zabrat" və Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275