SOSİUM

Yağış yağa bilər – HAVA PROQNOZU
30 APREL
272

Yağış yağa bilər – HAVA PROQNOZU

2016-04-30 12:23:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 1-nə olan hava proqnozunu açıqlayıb.

Bakı və Abşeron yarımadasında 

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15 dərəcə isti, gündüz 17-21 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275