SOSİUM

Azərbaycanda “istintaq sövdələşməsi” tətbiq ediləcək
29 APREL
243

Azərbaycanda “istintaq sövdələşməsi” tətbiq ediləcək

2016-04-29 13:46:00

Azərbaycanda “istintaq sövdələşməsi” institutu tətbiq ediləcək.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2016-2018-ci illərdə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları və korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində “istintaq sövdələşməsi” institutunun tətbiqinə dair təkliflərin hazırlanmasını təmin etməlidir.  Baş Prokurorluq isə 2016-2017-ci illərdə korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflər hazırlamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272