SOSİUM

Bakıda külək, rayonlarda yağış - HAVA PROQNOZU
22 APREL
308

Bakıda külək, rayonlarda yağış - HAVA PROQNOZU

2016-04-22 13:05:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında Aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Aprelin 23-də əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275