SOSİUM

Xaricdə təhsil qaydaları dəyişdirilir
15 APREL
640

Xaricdə təhsil qaydaları dəyişdirilir

2016-04-15 16:20:00

Azərbaycan tələbələrinin xaricdə təhsil alması proqrammı dayandırılır. Fins.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov, Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşdə bildirib.

Müxtəlif məsələlərlə bağlı suallara cavab verən nazir Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirərək deyib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır.

Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275