SOSİUM

“Torpağı var, əli-ayağı yerindədir, niyə işləmir?” – HADI RƏCƏBLİ
14 APREL
449

“Torpağı var, əli-ayağı yerindədir, niyə işləmir?” – HADI RƏCƏBLİ

2016-04-14 22:11:00

2015-ci ilin yekununda Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 492 min nəfər və yaxud 11273 ailə olub. Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, yardım alanlar əhalinin 5,1%-ni təşkil edib: “Təkcə bu ilin 1-ci rübündə ünvanlı yardıma 84 milyoj manat xərclənib. 3 ay ərzində yardım alanların sayı 3300 vahid artıb və əhalinin artıq 5,6%-ni təşkil edir”.

Bununla belə, Hadı Rəcəbli qeyd edib ki, ünvanlı yardım alanların sayının artması yaxşı hal deyil: “Yardım verilən adamların 70%-i kəndlərlə yaşayır. Onların isə 75%-nin torpaq sahəsi var, əli-ayağı da yerindədir. Niyə işləmir? İnsanlarda həvəs yaranıb ki, elə pul verin xərcləyək. Ünvanlı yardım sistemi ləğv edilməyəcək, amma bu sahədə mənfi halların da qarşısı alınacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275