SIĞORTA

Sığortada xüsusi təminat barədə tələblərə nələr daxildir? - FİNS
06 MAY
201

Sığortada xüsusi təminat barədə tələblərə nələr daxildir? - FİNS

2019-05-06 14:44:00

Sığorta sektorundan maarifləndirici yazılarımız davam edir. Bu dəfə sığorta sektorundakı xüsusi təminat barədə tələblərə nələrin daxil olması ilə əlaqədar məlumat verəcəyik.

Fins.az xəbər verir ki, Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında sözügedən məsələ barədə qeyd olunub ki, xüsusi təminat kimi saxlanılan pul vəsaitinə (Azərbaycan manatı, xarici valyuta) və daşınar əmlaka müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan sərəncam verə bilməzlər.

Bununla yanaşı qanunda bildirilir ki, xüsusi təminat kimi sərbəst istifadəsi qadağan edilmiş dəyərlərin eyni qiymətə malik olan başqa belə dəyərlə əvəz edilməsi icazə tələb olunmur. Bu zaman əvəz etmə əməliyyatının həyata keçirildiyi tarixdəki qiymətlər əsas götürülür. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təminat kimi saxlanılan aktivlərin sığortaçı hesabına yenidən qiymətləndirilməsini, onların çatışmayan hissəsinin tamamlanmağını və bu aktivlərin daxilində zəruri olmayan əmlakın digər əmlaka dəyişdirilməsini tələb edə bilər.

Sığortaçının xüsusi təminatı çatışmadıqda istifadəsi qadağan edilmiş dəyərlərdən əldə edilən faiz, divident və digər gəlirlər xüsusi təminatın tamamlanmasına yönəldilir. Xüsusi təminatın bu Qanunun 40-cı maddəsinə uyğun olaraq tələb ediləndən artıq olan hissəsindən sərbəst istifadəyə qadağan edilmir.

O, cümlədən sığortaçılar sığorta fəaliyyətinə başladığı gündən 15 gün ərzində ilk dəfə xüsusi təminatın yaradılması şərtlərinə və qaydasına dair təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanına göndərir. Bu Qanuna uyğun olmayan və ya sığortalıların hüquq və mənafelərinə xələl gətirə bilən şərt və qaydalar müvafiq icra hakimiyyəti orqanının tələbi ilə dəyişdirilməlidir.

Sığortaçılar xüsusi təminata bu Qanuna uyğun olaraq verilən tələblərin yerinə yetirilməsi barədə məlumatı yerinə yetirildiyi gündən etibarən ən geci 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına bildirməlidirlər. 

                                                                                                Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263