SIĞORTA

Sığorta müqaviləsi bu hallarda etibarsız sayılır - FİNS
14 MART
196

Sığorta müqaviləsi bu hallarda etibarsız sayılır - FİNS

2019-03-14 17:39:00

Sığorta müqaviləsi hansı halda etibarsız sayılır mövzusu bütün zamanların ən aktual sualı olub. Fins.az xəbər verir ki, məsələ ilə bağlı Sığorta haqqında Azərbaycan Respublikasının Ümumumi Müddəasında Mülki Məcəllə ilə nəzərdə tutulmuş əqdlərin etibarsızlığının ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi bağlandığı andan fəaliyyət qabiliyyətinə malik olmayan və fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan şəxslərlə bağlandıqda etibarsız sayılır. Bununla yanaşı bəndlərdə vurğulanır ki, sığorta obyekti məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduqda, sığorta hadisəsindən sonra bağlandıqda, sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda, sığorta müqaviləsi bağlandığı anda sığorta obyekti mövcud olmadıqda, sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə bağlı olduqda, sığorta müqaviləsi və ya bir neçə sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq sığortalandıqda (sığorta məbləğinin artıq hissəsində), o cümlədən xüsusi razılığı olmayan sığortaçı ilə sığorta müqaviləsi bağlandığı halda sığorta müqaviləsi etibarsız sayılır (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır).

                                                                                                                                                 Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264