SIĞORTA

Sığorta müqaviləsinə bu hallarda xitam verilə bilər - FİNS
13 MART
333

Sığorta müqaviləsinə bu hallarda xitam verilə bilər - FİNS

2019-03-13 17:44:00

Sığorta müqaviləsinə hansı hallarda xitam verilməsi daim vətəndaşları düşündürən suallardan olub. Fins.az sözügedən məsələnənin vacibliyini nəzərə alaraq mövzu ilə bağlı Sığorta haqqında Azərbaycan Respublikasının Qanunundakı Ümumi Müddəalara müraciət edib. Həmin müddəada qeyd olunur ki, əmlak sığortası obyekti sığortaçının razılığı olmadan özgəninkiləşdirilərsə, bu halda sığortaçı ilə sığortalı və ya əmlak sığortası obyekti xeyrinə özgəninkiləşdirilən şəxs əsasında yeni sığorta müqaviləsi bağlanıla bilər.  Bununla yanaşı müqavilənin qüvvədə olduğu müddət bitdikdə, sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə, sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə, bu Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə, məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə, sığorta obyektinin mövcudluğu bitdikdə (yox olduqda), qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə, qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda, o cümlədən sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini azı 30 gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər. Qanunda qeyd olunur ki, sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır, əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa, o, sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu bəndin birinci və ikinci abzaslarında nəzərdə tutulmuş hallarda sığorta haqlarının qaytarılması qaydası sığorta qaydalarında göstərilir. Habelə sığortalının ölümü ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, sığortaçı müqavilə müddətinin qalmış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqlarını vəfat etmiş sığortalının qanuni vərəsəsinə qaytarır.

 

                                                                                                                                       Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272