SIĞORTA

Azərbaycan Sığortaçılar Assosiasiyası "Palata"ya 53 səhifəlik təklif verib
03 YANVAR
657

Azərbaycan Sığortaçılar Assosiasiyası "Palata"ya 53 səhifəlik təklif verib

2019-01-03 17:46:00

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Azərbaycan sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması və dayanıqlı inkişafına töhfə vermək məqsədilə “Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sənədi hazırlanıb.

Bakı/13:56/ Xeybər Heydərov/Fins.az

Sənədin hazırlanması istiqamətində 1 Noyabr tarixindən etibarən başlayaraq iki ay davam edən, Birliyin nümayəndələri, sığorta şirkətlərinin rəhbər şəxsləri və mütəxəssisləri, İcbari Sığorta Bürosunun nümayəndələri, sığorta vasitəçilərinin rəhbər şəxsləri və sahə üzrə ekspertlərin iştirakı ilə yaradılan işçi qrupunun intensiv görüşləri keçirilib. İşçi qrupunun görüşlərinin yekunu olaraq sığorta bazarının təhlili, sığorta növləri üzrə statistik göstəricilər, ayrı-ayrı sığorta növləri üzrə “SWOT” analiz və həmin növlər üzrə təklifləri, eyni zamanda, ümumi sığorta bazarının inkişafına dair təklifləri özündə ehtiva edən 53 səhifəlik geniş tərkibli sənəd hazırlanaraq Birlik adından maliyyə bazarlarına nəzarət orqanına təqdim edilib.

“Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sığorta bazarının gələcək fəaliyyət planı, sığorta bazarında görüləcək işlər, sığorta sektorunda mövcud problemlərin aşkarlanması yolu ilə onların həlli yollarının müəyyən edilməsi və buna dair təkliflərin müvafiq qurumlar tərəfindən həyata keçirilməsinin təmin edilməsini hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269