SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirildi
27 DEKABR 2018
333

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirildi

2018-12-27 17:16:00

21 dekabr 2018-ci il tarixində ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirildi. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə start verilmiş “Talassemiyasız həyat naminə” proqramına uyğun olaraq keçirilən aksiyada Standard İnsurance Sığorta Şirkətinin rəhbərliyi və əməkdaşları yüksək həvəslə iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün humanist xarakterli aksiyaya qoşulublar.

Aksiya həmçinin Şirkətin Lənkaran filialı və Şəki nümayəndəliyində də keçirilmişdir. Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı xəstələrə yardım etməkdən ibarətdir. Məlum olduğu kimi, talassemiya irsi qan xəstəliyidir, qırmızı qanda olan hüceyrələr talassemiyaya tutulur və düzgün fəaliyyət göstərmir. Bu xəstəliyin müalicəsində qanköçürmə mühüm rol oynayır. Mərkəzi Qan Bankı tərəfindən Şirkətə göndərilmiş xüsusi tibbi personalı tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməkdən məmnunluq duyduqlarını bildirdilər. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etdilər. Məlumat üçün bildiririk ki, öz qanını digər insanlarla paylaşan insan bunu etməklə həmçinin öz orqanizmini daha möhkəm və sağlam edir. Bir insandan alınmış qan bir neçə insana kömək edə, kiminsə sağlamlığını, həyatını xilas edə bilər... ASC “Standard İnsurance” Sığorta Şirkəti artıq ikinci ildir ki, “Talassemiyasız həyat naminə” proqramına qoşulur və qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264