SIĞORTA

Gələn il bu proqram sayəsində 30 min iş yeri açılacaq
26 DEKABR 2018
242

Gələn il bu proqram sayəsində 30 min iş yeri açılacaq

2018-12-26 10:23:00

Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını, 2018-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcminin 2003-cü ilə nisbətən 16,7 dəfə artdığını deyib. Fins.az xəbər verir ki, o, həmçinin 2007-ci ildən şəhid ailələrinə, 2008-ci ilin sentyabr ayından müharibə əlilləri və onlara bərabər tutulanlara Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdlərinin təyin olunduğunu və ötən dövrdə bu ödənişlərin də iki dəfədən çox artdığını, digər sosial təminat növləri üzrə ödənişlərdə də dəfələrlə artımların özünü göstərdiyini qeyd edib. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əldə olunan nəticələri diqqətə çatdıran S.Babayev bildirib ki, bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir istiqamət kimi “İşçinin dostu” proqramına başlanacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək.

 

                                                                                                                               Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256