SIĞORTA

Minlərlə sürücü avtomobili öz adına keçirtməyə məcbur qala bilər
28 NOYABR
571

Minlərlə sürücü avtomobili öz adına keçirtməyə məcbur qala bilər

2018-11-28 10:02:00

“Qala Sığorta” şirkəti avtomobillərin icbari sığortası üzrə mübahisəli bir təkliflə çıxış edib. Şirkətin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov  bildirib ki, təklifə əsasən, icbari sığorta müqaviləsi yalnız avtomobilin sahibinin, yəni avtomobilin texniki pasportunda adı keçən şəxsin adına yazılmalıdır. Əgər bu təklif qəbul edilərsə, avtomobili etibarnamə ilə idarə edən sürücülər icbari sığortanı əldə etmək üçün avtomobilin sahibini tapmalı olacaqlar. Reallıqda isə, bu o qədər də asan məsələ deyil.

Fins.az xəbər verir ki, təklifə əsasən, avtomobili etibarnamə ilə idarə edən şəxslər qəza törətsələr də sığorta şirkəti zərəri qarşılayacaqdır. Bu zaman Bonus-Malus balları avtomobilin sahibinin adına yazılacaq. Bu barədə Marja yazıb. 

Hazırda Azərbaycanda təkrar bazarda avtomobillərin böyük hissəsi etibarnamə ilə alınıb-satılır. Ekspertlər bildirirlər ki, bu təklif hər kəsin avtomobili öz adına rəsmilşədirməyə məcbur etməyə xidmət edə bilər. Eyni zamanda, bu təklif reallaşsa adına avtomobili etibarnamə ilə satan şəxslər icbari sığortanı daha baha əldə etməli olacaqlar. Təklif qəbul edilərsə, etibarnamə ilə avtomobil satmağa və almağa da maraq azala bilər. 

“Tutaq ki, Məmmədin adına 5 avtomobil var və hamısını etibarnamə ilə satıb. Avtomobili etibarnamə ilə avtomobili alan 5 nəfər icbari sığortanı Məmmədin adına yazdırmalıdır. Bir müddət sonra bu 5 sürücünün 3-ü qəza edir. Bu halda, Bonus-Malus ballarına görə, Məmməd öz avtomobilinin icbari sığortası üçün 100 manat əvəzinə, 250 manat ödəməli olacaqdır. Və ya Məmməd 5 avtomobilini sataraq Almaniyaya gedib. Belə olan halda avtomobili etibarnamə ilə alanlar icbari sığortanı əldə edə bilməyəcəklər. Çünki Məmməd Almaniyada yaşayır. Nəticədə də İcbari sığorta olmadığından Yol Polisi cərimə yazacaqdır. İcbari sığorta bazarında müəyyən bir etimad yarandığı bir dövrdə belə bir qərar eimadsızlığın artmasına gətirib çıxarda bilər”, - təklifə münasibət bildirən Mobil Sığorta Xidməti bildirib.

Təklif edilir ki, avtomobilin özəlləşdirilməsi proseduru tam sadələşdirildikdən sonra bu təklif tətbiq edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256