SIĞORTA

Avtomobillərin kasko sığortasında - KƏSKİN AZALMA OLACAQ
16 NOYABR
422

Avtomobillərin kasko sığortasında - KƏSKİN AZALMA OLACAQ

2018-11-16 10:23:00

2019-cu ildən etibarən lizinqlə avtomobil alan fiziki şəxslərə məhdudiyyət tətbiq olunacağı təqdirdə kasko sığortasında kəskin azalmalar olacaqdır.

Fins.az-ın məlumatına görə, bu barədə sığorta eksperti Mail Nuriyev bildirib.

Mərkəzi Bankın 2014-cü ildə kredit siyasətində tətbiq etdiyi dəyişiklikdən sonra kreditlə avtomobil alan müştərilərin sayı kəskin azaldı. 2015-ci ildə 2 dəfə baş verən devalvasiya isə avtomobil sektorunu çökdürdü.

Son 1 ildə avtomobil sektorunda canlanma baş verib ki, bu da lizinq müqavilələrinin hesabınadır desəm yanılmaram.Çünki kreditlə avtomobil alarkən avtomobilin qiymətinin 40%-i həcmində ilkin ödəniş etmək,iş yerindən arayış, bəlli miqdarda əmək haqqı tələbi olduğu halda, lizinqlə satılan avtomobillərdə bu şərt daha yumşaqdır.Yəni 20-30% həcmində ilkin ödəniş kifayət edir.Ən əsası isə lizinqlə avtomobil alan zaman əksər hallarda iş yerindən arayışa ehtiyac olmur. Odur ki,rəsmi iş yeri olmayan şəxslərin hamısı rahatlıqla lizinqlə avtomobil alırlar.

Təbii ki,həmin avtomobillər də kasko sığortası üzrə  sığortalanır.  Demək olar ki, salonlardan satılan yeni avtomobillərin 70%-i lizinqlə satılır.Lizinqlə satılan avtomobillərin isə 80%-i fiziki şəxslərə satılır.

Tətbiq ediləcək qadağadan sonra isə birmənalı olaraq avtomobil satışı aşağı düşəcək. Bu da öz növbəsində kasko sığortasının satışlarında özünü mənfi mənada biruzə verəcəkdir. 2018-ci ilin 9 ayı ərzində kasko sığortası üzrə cəmi 20 milyon 560 min manat sığorta haqqı toplanmışdır. Bu məbləğin 50%-ni fiziki şəxslərə lizinqlə satılan avtomobillərin kasko sığortası üzrə yığılmış sığorta haqqı kimi qəbul etsək, gələn il 10 milyonluq azalma müşahidə ediləcəyini qeyd edə bilərəm.

©FED.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256