SIĞORTA

“Qala Sığorta” və “Qala Həyat” jurnalistləri təbrik etdi
17 İYUL
354

“Qala Sığorta” və “Qala Həyat” jurnalistləri təbrik etdi

2018-07-17 11:18:00

“Qala Sığorta” və “Qala Həyat” şirkəti “22 İyul – Milli Mətbuat Günü” ilə bağlı jurnalistləri bir araya toplayaraq onların peşə bayramını fərqli şəkildə təbrik edib.  

 Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, jurnalistlərin bayramını fərqli şəkildə təbrik üçün “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “ONTOP bowling” idman və əyləncə mərkəzində jurnlaistlər üçün mini boulinq turniri təşkil olunub. Əyləncəli təşkil olunan turnir jurnalistlərin marağına səbəb oldu.

 Turnir sonrası hər iki şirkətin rəhbərliyi “Qala Həyat” və “Qala Sığorta” şirkətinin fəaliyyətə başladığı dövrdən KİV-lə əməkdaşlıq əlaqələrini uğurla davam etdirildiyini bildirib. Hər iki şirkətin fəaliyyəti tarixində KİV-lə bağlı heç bir problem yaşanmadığı, KİV redaksiyaları tərəfindən göndərilən bütün sorğu və suallar sözügedən şirkətlər tərərfindən tam vaxtında cavablandırıldığı, həmçinin redaksiya əməkdaşları lazım olan informasiyalarla təmin edildiyi qeyd olunub. Hər iki şirkətin rəhbərliyi KİV-lə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də uğurla davam edəcəyi vurğulayıb. 

 Sonda “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev, sədr müavini Taleh Yunsurov, təftiş komissiyasının sədri Polad Hümmətov, “Qala Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin vəzifəsini müvəqəti icra edən Azər Əlizadə, sədr müavini Natiq Həsənov jurnalitlərin peşə bayramını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 Jurnalistlərə “Qala Həyat” və “Qala Sığorta” şirkətinin hazırladığı xüsusi hədiyyələr təqdim olunub, onlarla xatirə şəkili çəkilib.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255