SIĞORTA

"Azərbaycan Sənaye Sığorta" maliyyə vəziyyətini açıqladı
02 APREL
347

"Azərbaycan Sənaye Sığorta" maliyyə vəziyyətini açıqladı

2018-04-02 11:44:00

“Azərbaycan Sənaye Sığorta” şirkəti 2017-ci ili 141 min manat xalis mənfəətlə başa vurub.Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 91,9% azdır. Ötən il “Azərbaycan Sənaye Sığorta”nın gəlirləri 10,177 milyon manat, xərcləri isə 10,036 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib. 

Bu il yanvarın 1-nə “Azərbaycan Sənaye Sığorta”nın aktivləri 22,288 milyon manat olub ki, bu da illik müqayisədə 2,8% azdır. 2017-ci ildə şirkətin öhdəlikləri 11,9% azalaraq 5,594 milyon manata düşüb, balans kapitalı isə 0,7% artaraq 16,694 milyon manata çatıb.
“Azərbaycan Sənaye Sığorta” şirkətinin idarə heyətinin sədri Kamran Babayev Fins.az-a bildirib ki, xalis mənfəətin azalması  ötən il kənd təsərrüfatı sığortası üzrə iri həcmdə ödənişlərin həyata keçirilməsi ilə bağlı olub. Yəni, xərclərin artması mənfəətin də aşağı düşməsinə təsir edib. Digər tərəfdən bəzi sığorta növləri üzrə satışların həcmi azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256