SIĞORTA

"Xalq Sığorta"nın gəlirləri kəskin azalıb
16 MART
399

"Xalq Sığorta"nın gəlirləri kəskin azalıb

2018-03-16 09:23:00

“Xalq Sığorta” 2017-ci ilin maliyyə hesabatını açıqlayıb. Fins.az hesabata istinadən xəbər verir ki, şirkət ötən ili mənfəətlə başa vursa da, bu 2016-cı il ilə müqayisədə xeyli az olub. Belə ki, "Xalq Sığorta"nın xalis mənfəəti  3,5 dəfə azalaraq 1,507 milyon manata düşüb. Halbuki, 2016-cı ildə sığorta şirkəti 5,333 milyon manat xalis mənfəət əldə etmişdi.

Sığorta şirkətinin cəmi gəlirləri 18,257 milyon manatdan  12,201 milyon manata, cəmi xərcləri isə 11,584 milyon manatdan 10,317 milyon manata düşüb. 

Sığorta 2017-ci ildə həm də kiçilib. Belə ki, cəmi aktivləri 54,139 milyon manatdan 52,915 milyon manata qədər azalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256