SIĞORTA

"A-Qroup Sığorta" ötən ildən mənfəətlə çıxıb
15 MART
369

"A-Qroup Sığorta" ötən ildən mənfəətlə çıxıb

2018-03-15 11:21:00

“A-Qroup Sığorta Şirkəti”2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Fins.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “A-Qroup Sığorta Şirkəti” ASC 2017-ci ili 1,417 milyon manat xalis mənfəətlə başa vurub. 

Ötən il “A-Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 13,843 milyon manat təşkil edib. Əsas əməliyyat gəliri 13,045 milyon manat, investisiya gəlirləri 285,367 min manat olub.

 “A-Qroup Sığorta Şirkəti”nin 2017-ci ildə cəmi xərcləri 12,708 milyon manat təşkil edib. Bu məbləğin  8,114 milyon manatı sığorta ödənişləri ilə bağlı olub.

Bundan əlavə, “A-Qroup Sığorta Şirkəti”nin cəmi aktivləri 22,983 milyon manat, cəmi öhdəlikləri 10,605 milyon manat, cəmi kapitalı isə 12, 378 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256