SIĞORTA

Azərbaycanda bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV
04 MART
1308

Azərbaycanda bu sığorta növləri icbari olacaq - EKSKLÜZİV

2018-03-04 09:51:00

Azərbaycanda bəzi sığorta növləri icbari olacaq. Bunu  Fins.az-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli deyib. O bildirib ki, artıq bununla bağlı ASA təkliflər hazırlayır: "Məsələn, əmlak sığortası icbari olsa da, əhatə dairəsi çox kiçikdir. Azərbaycanın əmlak sığorta bazarı 250 milyon manat  həcmində proqnozlaşdırılsa da, bu sahədə yığımlar cəmi 15-20 milyon manat təşkil edir. Bu o deməkdir ki, 10%-dən az  əhatə dairəsi var. Ona görə də çalışacağıq ki, bu sahədə tətbiq faizini artıraq".

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Hansı sığorta şirkətləri 2018-ə pis başlayıb? –YIĞIMLARIN DİNAMİKASI

M.Abbasbəyli bildirib ki, bundan əlavə, bazardan olan təkliflər əsasında həkimlərin peşə məsuliyyətinin sığortasının icbariləşməsi üzərində çalışılır: "Təkcə Azərbyacanda deyil, bütün dünyada həkim səhvindən zərərçəkənlər var və şəxslər maddi təminatı ədalətli şəkildə ala bilmirlər. Ona görə də həkimlərin peşə məsuliyyətinin sığortası çox önəmlidir. Bu eyni zamanda sosial yönümlü bir istiqamətdir. Nəzərə alsaq ki, klinika bu münasibətlərin güclü olan tərəfidir. Bu baxımdan həkim səhvindən əziyyət çəkən vətəndaşlarla mübahisə yarandıqda  məhkəmələr daha çox onların xeyrinə həll olunur. Ona görə də bu sahə sosial baxımdan çox önəmlidir".

“İndi çox rahat demək olar ki, sığorta şirkətləri banklardan aslı deyil”- MÜSAHİBƏ

M.Abbasbəyli əlavə edib ki, digər istiqamətlərdən biri kənd təsərrüfatı sığortası ola bilər:"Türkiyədə TARSİM-in Azərbaycanda tətbiqi ilə bağlı Palata ilə müzakirələr gedir. ASA-da bu istiqamətdə müəyyən işlər görüb, amma proses tam yekunlaşmayıb. Bunun üçün bazardan da müəyyən təkan lazımdır, bazarın da münasibəti öyrənilməlidir. İlk başladığımız layihələrdən biri də məhz kənd təsərrüfatı sığortasıdır".  

Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273