SIĞORTA

Sığortaya yatırılan depozitlərdə rekord artım -58 milyonluq fərq
09 FEVRAL
391

Sığortaya yatırılan depozitlərdə rekord artım -58 milyonluq fərq

2018-02-09 16:07:00

Azərbaycanda sığortaya yatırılan pullar rekord səviyyədə artıb. Söhbət alternativ yatırım növü olan həyatın yaşam sığortasından gedir. Fins.az xəbər verir ki, 2017-ci ildə toplanan sığorta depozitlərinin həcmi 137,927 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 72,9% və yaxud 58,152 milyon manat artım deməkdir. 2016-cı ildə həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 79,775 milyon manat təşkil etmişdi.

Eləcə də bax:Azərbaycanda TOP menecerlər, iş adamları pullarını nəyə yatırır?

Həyatın yaşam sığortasının bazar üzrə payı isə 16,4%-dən 24,7%-ə yüksəlib.

Bu növ üzrə yığımlarla yanaşı ödənişlərin də həcmində artım müşahidə olunub. Belə ki, vaxtı bitdiyi üçün qaytarılan depozitlərin həcmi 40,8% və yaxud 35,937 milyon manat artaraq 257,109 milyon manata yüksəlib. 2016-cı ildə bu rəqəm 237,250 milyon manat təşkil etmişdi.

 

Sığorta sinifləri

Yığımlar 2017

 

Yığmlar 2016

 

Dinamika

həyatın yaşam sığortası

137,927,658.08

79,775,615.70

72.9%

YEKUN

556,866,578.60

486,074,279.23

14.6%

 

Sığorta sinifləri

Ödənişlər 2017

Ödənişlər 2016

Dinamika

həyatın yaşam sığortası

124,045,576.63

88,108,078.08

40.8%

YEKUN

257,109,597.44

237,250,615.92

8.4%

 

 

   



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254