SIĞORTA

“Atəşgah Sığorta” investisiya siyasətini açıqladı
10 NOYABR
419

“Atəşgah Sığorta” investisiya siyasətini açıqladı

2017-11-10 17:21:00
“Atəşgah Sığorta” investisiya siyasətini açıqlayıb. Şirkətin idarə heyətinin sədr müavini Fərid Quliyev bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarında hansısa yeniliklər olanda buna maraq göstəririk: “Məsələn, SOCAR istiqrazları bazara çıxarılan zaman müəyyən bir həcmdə bu istiqrazlara yatırım etdik. Amma ümumilikdə biz bu gün şirkətə investisiya etməkdə maraqlıyıq”.
O, bildirib ki, hazırda gəlirliliyin səviyyəsi maliyyə bazarlarına diqqət yetirməyə imkan vermir. Ona görə də  daha çox şirkətin davamlı və dayanıqlı olmasına çalışılır: “Bunun üçün şirkətin inkişafına investisiya qoyuluşlarına maraqlıyıq. Bu baxımdan lider mövqelərimizi qorumaq üçün texnologiyalara daha çox investisiya edirik”.
F.Quliyev bildirib ki, söhbət daha çox elektron, alternativ satış  və İT platformalar üzərindən olan satışlardan gedir: “Konkret addımlardan danışsaq,  sayt üzərindən satışlara başlamışıq. Elektron sistemə keçdikdən sonra   icbari avtosığorta üzrə satışlar 10 dəfə artdı. Satışları təmin edən iki məqam var. Birincisi “Atəşgah” brendi və çox rahat satış platformasının olması. Müştəri çox qısa zamanda sayt üzərindən sığorta əldə edə bilir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291