SIĞORTA

“Kefiyyətsiz sığorta xidməti qanunsuz endirimlərlə bağlıdır” – İSB
11 SENTYABR
227

“Kefiyyətsiz sığorta xidməti qanunsuz endirimlərlə bağlıdır” – İSB

2017-09-11 12:44:00

İcbari sığorta sektorunda göstərilən xidmətin keyfiyyəti məhz sığorta məhsulunun satışından sonrakı mərhələdə gedən proseslərin əsasında ölçülür və burada sığorta tələbinin nə dərəcədə sığortalını / faydalanan şəxsi razı salacaq qaydada təmin edilməsi həlledici rol oynayır. Maliyyə sektorunda müşahidə olunan konsolidasiya proseslərinə baxmayaraq, icbari sığorta seqmentində mövcud olan rəqabətlilik sığortaçıları satışdan sonrakı xidmət səviyyəsini axsatmamağa sövq edir. Bununla belə, sığortalılar və zərərçəkənlər heç də bütün hallarda irəli sürdükləri sığorta tələblərinə göstərilən xidmətin keyfiyyətindən razı qalmırlar. Fins.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun hesabtında bildirilib. Hesabatda deyilir:

“Bu kimi halların kökündə isə əsasən üç amil – bürokratiya, təmirin qiyməti və keyfiyyəti ilə bağlı narahatlıqlar və daha az məbləğin verilməsi dayanır. Belə bir şəraitdə çox mühüm çağırış meydana çıxır: kiçilən bazar həcmlərinə baxmayaraq, sığorta tələblərinə xidmətin keyfiyyətini necə artırmalı? Sığortaçılar sığorta tələblərinin təmin edilməsi mövzusunda yüksək həssaslıqla yanaşmalı, dəymiş zərərin keyfiyyətli şəkildə aradan qaldırılması, yaxud əvəzinin tam ödənilməsi yolu ilə yaranmış vəziyyətin zərərçəkənin xeyrinə həll olunmasına çalışmalıdırlar. Əfsuslar olsun ki, bu gün bəzi sığortaçılar dəymiş zərəri qiymətləndirərkən reallıqla uyğun gəlməyən, aşağı məbləğlər hasil edirlər, bunun da bir səbəbi vaxtilə icbari sığorta satışı zamanı kütləvi şəkildə tətbiq edilən qanunsuz endirimlərdən qaynaqlanır. Sığorta tələblərinə keyfiyyətsiz xidmət göstərməklə sığortaçılar vətəndaşları nəinki özlərinə, həmçinin öz həmkarları olan digər sığortaçılara, ümumilikdə isə icbari sığorta sisteminə münasibətdə həvəsdən salır. Həmin sığortaçıların bu cür fəaliyyəti nəticə etibarilə icbari sığorta növlərinə ictimai etimadı sarsıdır və haqqında aşağıda bəhs olunan istehlakçı həvəssizliyinə rəvac vermiş olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285