SIĞORTA

“Amrah Sığorta”dan gözlənilməyən nəticə – 3 DƏFƏ ARTIM
06 SENTYABR
306

“Amrah Sığorta”dan gözlənilməyən nəticə – 3 DƏFƏ ARTIM

2017-09-06 11:13:00

“Amrah Sığorta” 2016-cı ilin maliyyə göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, sığorta şirkətinin cəmi gəlirləri 39% artaraq 2 707 019 manat olub. Belə ki, 2015-ci ildə şirkətin cəmi gəlirləri 1 946 139 manat olmuşdu. Sığorta şirkətinin cəmi xərcləri isə 1 388 261 manatdan 980 636 manatadək, başqa sözlə 29,3% azalıb.

Sığorta şirkətinin gəlirlərinin artması fonunda xərclərinin azalması onun mənfəətinin artmasına səbəb olub. 2015-cı illə müqayisədə “Amrah Sığorta”nın xalis mənfəəti 3 dəfə artaraq 1 726 382 manat olub. Halbuki, 2015-ci ildə şirkətin xalis mənfəəti 557 878 manata bərabər olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287