SIĞORTA

“Əhali yanan evlərdən nəticə çıxarmır” –“AZƏRSIĞORTA”
01 DEKABR
276

“Əhali yanan evlərdən nəticə çıxarmır” –“AZƏRSIĞORTA”

2016-12-01 10:09:00

Azərbaycanda sığortalanan daşınmaz əmlakların sayı azalır. Söhbət xüsusilə də fərdi yaşayış evlərinin sığortasından gedir. Bu ilin yanvar-oktyabr ayları üzrə daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 5,6 % azalaraq 21 milyon 653 min 515 manat olub.  Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat azalma deməkdir. Sığortaçılar bunu yaşayış evlərinin icbari sığortasına nəzarətin olmaması ilə əlaqələndirirlər. 

Evlərin icbari sığortasına nəzarət yoxdur

“Azərsığorta” şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev fins.az-a bildirib ki, evlərin icbari sığortası ilə bağlı vəziyyət ürəkaçan deyil. Belə ki, ölkə başçısının fərmanına əsasən, qeyri-yaşayış obyektlərinin sığortasına nəzarət Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.   Ona görə də sahibkarlıq subyektlərinin sığortası ilə bağlı ciddi problem yoxdur. Fərdi yaşayış evlərinin sığortasına isə icra hakimiyyəti orqanları nəzarət etməlidirlər. Amma yerli icra orqanları daşınmaz əmlakın icbari sığortası ilə bağlı demək olar ki, işi lazımı səviyyədə qurmayıblar. 

100 milyonluq bazardan cəmi 21  milyon manat

Ona görə də mənzillərin icbari sığortası nəzarətdən kənarda qalıb. Ölkə üzrə fərdi yaşayış evlərinin və mənzillərin sayı  2,5 milyondan çoxdur. Bu isə daşınmaz əmlakın icbari sığortası üzrə bazarında 100 milyon manatdan çox olması deməkdir. Amma hazırda daşınmaz əmlakın icbari sığortasından cəmi 21 milyon manat sığorta haqqı toplanılır.

İcbari sığorta  indi daha vacibdir

 A.Hacıyev deyir ki, avtomobillərin icbari sığortasında nəzarət tədbirlərinin gücləndirilməsi bu sahədə öz effektini verir. Hazırda sığorta bazarında satışların böyük bir hissəsi də avtomobillərin icbari sığortası ilə bağlıdır. Halbuki, evlərin sığortası avtomobildən də vacibdir. Xüsusilə də payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar müxtəlif qızdırıcalardan istifadə evlərdə yanğın hallarını artırır. Hər gün ən azı 2-3 yanğın hadisəsi haqqında məlumatlar yayılır. Evinə ziyan dəyən vətəndaş isə dərhal aidiyyatı icra hakimiyyətinə müraciət edərək  müəyyən qədər yardım ala bilir. Amma vətəndaşlar evini sığortaladığı halda, dəyən ziyanın böyük bir hissəsini qarşılaya bilərlər. 

Ya ucuzlaşsın, ya da hissəli ödəniş tətbiq edilsin

A.Hacıyev bildirir ki, evlərin icbari sığorta sığorta haqqı 30-50 manat təşkil edir. Bu da böyük məbləğ deyil. Amma bununla belə əhalinin icbari sığortaya cəlb edilməsi üçün sığorta haqqı nisbətən azaldılması və ya hissə-hissə ödənişin tətbiq edilməsi məqsədəuyğun olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272