SIĞORTA

Avtomobil qəzaları sığorta şirkətini ziyana aparır – HESABAT
16 NOYABR
504

Avtomobil qəzaları sığorta şirkətini ziyana aparır – HESABAT

2016-11-16 09:23:00

“Rəvan Sığorta”nın bu ilin 10 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta yığımlarının həcmi  44,6 % azalaraq 910 310 manat olub. Ötən ilin yanvar-oktyabr aylarında isə sığorta şirkəti 1 644 469 manat sığorta haqqı toplayıb. Sığorta yığımlarının böyük hissəsi könüllü əmlak sığortasının, kasko sığortanın, səfər, yük, məsuliyyət və fərdi qəza sığortasının payına düşüb. Sığorta şirkətinin bir aylıq yığımlarının həcmi isə 82 162 manat təşkil edib.

 “Rəvan Sığorta”nın yığımları ilə yanaşı ödənişləri  34,8 % azalaraq 642 263 manat olub. 2015-ci ilin 10 ayında sığorta şirkətinin ödənişləri 985 486 manat təşkil edib.

Sığorta şirkətinin ödənişlərinin cəmi  300 manatı əmlak sığortasına görə verilib. Ödənişlərin qalan hissəsi kasko sığortaya görə verilib. Maraqlıdır ki, 10 aylıq nəticələrə görə “Rəvan Sığorta” kasko üzrə ödənişləri yığımlardan 8,6 % çox olub. Belə ki, 586 831 manat sığorta haqqı qarşılığında 641 963 ödəniş edilib.

Sığorta şirkətinin zərərliliyi də artıb. Ötən ilin yanvar-oktyabr aylarında topladığı hər 100 manatdan 60 manatını müştərilərinə geri qaytarıbsa, bu ilin eyni dövründə bu rəqəm 70,5 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275