SIĞORTA

Tibbi sığorta bazarında son vəziyyət – STATİSTİKA
03 NOYABR
454

Tibbi sığorta bazarında son vəziyyət – STATİSTİKA

2016-11-03 15:48:00

İqtisadi durğunluq, əhalinin gəlirlərinin azalması, sığortanı pul ayrılacaq ən son ehtiyaca çevirib. Bəzi könüllü növlərdən fərqli olaraq Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməkdə davam edir.

Fins.az-ın məlumatına görə, bu ilin yanvar-sentyabr  göstəricilərinə görə, tibbi sığorta üzrə yığımlar 20,5% artaraq 64,021 milyon manat təşkil edib. Halbuki,  ötən ilin eyni dövründə bu rəqəm 53,119 milyon manat olub.

Tibbi sığortada yığımlarla yanaşı, ödənişlər дя 21,04% artıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında könüllü tibbi sığorta müraciətləri üzrə ödəniş xərcləri 44,921 milyon manat təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 37,113 milyon manat olub.

aylıq nəticələrə əsasən tibbi sığortada zərərlilik cüzi artıbŞirkətlər  topladıqları hər 100 manatdan 70,1 manatını geri qaytarıblar.Ötən ilin eyni dövründə bu rəqəm 69,8 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275