SIĞORTA

Avtomobilini icbari qaydada sığortalayanlar artır – İSB
01 NOYABR
335

Avtomobilini icbari qaydada sığortalayanlar artır – İSB

2016-11-01 10:07:00

Avtomobillərini icbari qaydada sığortayanlar artıb. Fins.az-ın məlumatına görə, İcbari sığorta Bürosu(İSB) yanvar-oktyabr ayları və oktyabr ayı üzrə statistikanı açıqlayıb. Məlumata görə, 2016-cı ilin oktyabr ayında İSB-nin informasiya sistemində avtomobillərin icbari sığortası üzrə 79 683 müqavilə qeydiyyata alınıb. Bunların 9 975-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan tranzit məqsədilə daxil olan avtomobillər təşkil edib. 2016-cı ilin oktyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olub. 2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5%, sığorta haqlarının məbləğində isə 1,0% azalma müşahidə edilib.

Oktyabr ayında avtomobillərin icbari sığortası üzrə orta sığorta haqqı məbləği bu ilin sentyabr ayı ilə müqayisədə 1,2% artaraq 82.4 manat təşkil edib.

2016-cı ilin yanvar-oktyabr ayları ərzində avtomobillərin icbari sığortası üzrə 870 047 sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə  sığorta haqları 69,6 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2%, sığorta haqlarının məbləğində isə 7% artım müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272