SIĞORTA

Aqrar sığortada dəyişikliklər olacaq – NAZİR MÜAVİNİ
25 OKTYABR
237

Aqrar sığortada dəyişikliklər olacaq – NAZİR MÜAVİNİ

2016-10-25 09:24:00

Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq.

Bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov məlumat verib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. «Kənd təsərrüfatı dünyada ən riskli sahələrdən biridir.

Bu sahədə olan risklərin yumşaldılması və fermerlərə dəyən zərərin ödənilməsini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə xüsusi qanun layihəsi hazırlayaraq hökumətə təqdim edib. Artıq həmin sənədə Milli Məclisdə baxılır». Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planıda hazırlanacaq. 

«Qanun qəbul edildikdən sonra, bütövlükdə bu sahənin inkişaf etdirilməsi üçün dövlət tərəfindən həyata keçiriləcək stimullaşdırıcı tədbirlərin siyahısı müəyyənləşdirilərək bu işlərə başlanacaq», - deyə S.Talıbov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272