SIĞORTA

Sığorta şirkəti balans mənfəətini açıqladı – HESABAT
17 OKTYABR
418

Sığorta şirkəti balans mənfəətini açıqladı – HESABAT

2016-10-17 10:20:00

«A-Qroup Sığorta» şirkətinin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, əsasən tibbi sığorta üzrə ixtisaslaşan şirkətin ümumi yığımlarının həcmi bu ilin yanvar-sentyabr aylarında 22,4% azalaraq 8327 müqavilə üzrə 3 110 211manat olub. Halbuki,  2015-ci ilin 3 rübündə 4 007 147 manat sığorta haqqı toplanılıb.Sığorta yığımlarının 66,4 %-i tibbi sığortanın, qalan hissəsi isə məsuliyyət, kasko,səfər və əmlak sığortasının payına düşüb.Təkrarsığortaya ötürülən məbləğ isə 548 871 manat olub.

Sığorta şirkəti yığımlarından 95,2 % artıq ödəniş edib. Bundan əlavə «A-Qroup Sığorta»nın yığımlarından fərqli olaraq ödənişləri ötən illin eyni dövrü ilə müqayisədə  14,5 % artıb. 2015-ci ilin 9 ayında sığorta ödənişlərinin ümumi həcmi 5 303 452 manat olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 6 073 548 manat olub. “A Qroup” ödənişlərinin 88,6%-ni tibbi sığorta üzrə xərclər təşkil edib.Ödənişlərin qalan hissəsi  isə kasko, səfər və əmlak sığortasının payına düşüb.

Sığorta şirkəti 9 aylıq göstəricilərə görə mənfəətə çıxıb. Belə ki, şirkətin yanvar-sentyabr ayları üzrə balans mənfəəti 1 652 150 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275