SIĞORTA

“Şəhid ailələrinə 100 min sığorta pulu verilsin” - TƏKLİF
14 OKTYABR
385

“Şəhid ailələrinə 100 min sığorta pulu verilsin” - TƏKLİF

2016-10-14 13:43:00

Millət vəkili Əflatun Amaşov şəhid ailələrinə ödənilən birdəfəlik 10 min manat sığorta pulunun artırılmasını təklif edib.

Fins.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında millət vəkili deyib ki, Azərbaycanda elə şirkət var ki, bir işçisinin həyat sığortasına görə 100 min manat vəsait ödəyir: “Bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan şəxslərin ailələrinə isə cəmi 11 min manat sığorta pulu ödənilir. Bu məbləğin artırılması şəhid ailələri üçün müsbət hal olardı”.

Millət vəkili Aydın Mirzəzadə də həmkarının fikirlərini dəstəkləyib. Qeyd edib ki, büdcəmizdə bunun üçün kifayət qədər vəsait var: “Ona görə də şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırıb 100 min manata çatdırmaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272