SIĞORTA

Sığorta bazarında yeni broker -OLACAQ
27 SENTYABR
572

Sığorta bazarında yeni broker -OLACAQ

2016-09-27 17:00:00

Azərbaycan sığorta bazarında daha bir sığorta brokeri yaradılır. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib. Belə ki, MBNP-nin Direktorlar Şurasının qərarına əsasən Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilib.

Qeyd edək ki, lisenziya, Mirzəyev Bəhlul Vüqar oğlu tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziyasının alınması ilə bağlı Palataya daxil olmuş müraciətə əsasən, həmçinin Qanunvericiliklə nəzərdə tutulan bütün zəruri sənədlərin təqdim edilməsini nəzərə alaraq verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275