SIĞORTA

Könüllü bazar 16,7%, icbari sığorta bazarı 9,12 % artıb- STATİSTİKA
20 SENTYABR
221

Könüllü bazar 16,7%, icbari sığorta bazarı 9,12 % artıb- STATİSTİKA

2016-09-20 10:20:00

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının nəticələrini açıqlayıb. Fins.az-ın məlumatına görə, bazar üzrə yığımlar 14 %, sığorta ödənişləri isə 17,4 % artıb.

Könüllü sığorta bazarında 16,7 % artım

Könüllü sığorta növləri üzrə yığımlar  16,7 %  və ya 32,5 milyon manat artaraq 226,5 milyon manat təşkil edib. Maraqlıdır ki, könüllü sığorta növləri üzrə  bazar payı  artıb. Belə ki, 2015-ci ilin 8 aylıq göstəricilərinə əsasən  könüllü növlər üzrə yığımlar bazarın  62 %-ni təşkil edib. Bu ilin eyni dövrünün statistik göstəricilərinə görə, könüllü sığortalar bazarda toplanan sığorta haqqlarının 63,6  %-nə sahib olub. 

Könüllü növlər üzrə  yığımlarla yanaşı, ödənişlər isə   14,5 %  və 12,7 milyon manat artımla  100,1 milyon manat təşkil edib. Könüllü sığorta növləri üzrə bazar payı isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,3%-dən 73,2%-ə kimi azalıb.

 Könüllü sığorta bazarında əsas artım  həyat növlərinin payına düşüb. Belə ki, könüllü həyat növlərində yığımlar  42,4 % artaraq 80,3 milyon manat təşkil edib. Ödənişlər üzrə bu rəqəm 48,3 % artımla 46,2 milyon manat təşkil edib.

 Könüllü sığorta bazarının 64,5 %-ni təşkil edən  qeyri-həyat növlərində 6,2 % və ya 8,6 milyon manat artıb. Ödənişlər isə əksinə 4,9 %  və ya 2,3 milyon manat azalıb.

İcbari sığorta bazarı 9,12 % artıb

İcbari sığorta növlərində də yığımlarda artım müşahidə edilir.Yanvar-avqust aylarının nəticələrinə əsasən icbari sığorta bazarı 9,12% və ya 10,8 milyon manat artaraq 129,6 milyon manat təşkil edib. Könüllü sığorta növlərindən fərqli olaraq  icbari növlər üzrə  bazar payı 38 %-dən 36,4 %-ə qədər kiçilib.

İcbari sığorta bazarında da qeyri-həyat növləri  yığımlar 12,1% artaraq 104,5 milyon manat, ödənişlər isə 26,8 % artaraq 34,4 milyon manat təşkil edib. 8 aylıq göstəricilərə əsasən qeyri-həyat növləri icbari sığorta bazarının 80,6 %-nə sahib olub.

İcbari həyat  növlərində 1,7 % azalma

Bu bazar üzrə həyat növlərində isə yığımlar əksinə 1,7 % və ya 453,1 min manat azalıb. Ödənişlər isə əksinə nə az nə çox 40,4 % və ya 633,5 min manat artıb.  

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275