SIĞORTA

Hər 100 manatdan cəmi 1,5 manatını ödənişə xərcləyib - Sığorta hesabatı
16 SENTYABR
357

Hər 100 manatdan cəmi 1,5 manatını ödənişə xərcləyib - Sığorta hesabatı

2016-09-16 15:42:00

“İpək Yolu Sığorta” şirkətinin yanvar-avqust ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi  16,1% artaraq 17 823 696 manat olub.Ötən ilin eyni dövründə sığorta şirkəti 15 345 158 sığorta haqqı toplayıb. Avqust ayında şirkətin ümumi yığımlarının həcmi 974 007 manat təşkil edib. 

Sığorta şirkəti topladığı hər yüz manatdan  1,5 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Bununla belə “İpək Yolu Sığorta” ödənişləri ötən illə müqayisədə 6,6 dəfə artıb. 2015-ci ilin yanvar-avqust aylarında 37 244 manat ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 269 100  manat olub.  Sığorta şirkətinin bir aylıq ödənişləri isə24 737 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275