SIĞORTA

Bu şirkət avtomobil sığortasını 20 % ucuzlaşdırdı - YENİLİK
07 SENTYABR
1534

Bu şirkət avtomobil sığortasını 20 % ucuzlaşdırdı - YENİLİK

2016-09-07 10:28:00

“Azərbaycan Sənaye Sığorta” şirkəti kasko sığortanı ucuzlaşdırıb. Söhbət sığorta şirkətinin yeni kampaniyasından gedir. Şirkətdən fins.az-a verilən məlumata görə,  Qurban bayramı münasibətilə sentyabr ayının 14-nə kimi Xətai rayonunda yerləşən “BazarStore”dan 100 manatlıq alış-veriş edənlərə 20 % endirim edilir.Məsələn, adi qaydada 10 min manatlıq avtomobilin kasko sığortası 260 manata başa gəlir. Endirim çərçivəsində bu avtomobili 208 manata kasko sığortalamaq olar. Şirkətdən bildirilib ki, endirimlə yanaşı, müştəri kasko sığortanı məbləğə uyğun olaraq iki hissəyə bölünməklə də ödəyə bilər. Yəni, kasko sığorta haqqı 208 manatdırsa, ayda 104 manat olmaqla ödəniş etməyə imkan verilir.  Azadolma məbləği 100 manat təşkil edir.

Amma məsələ burasındadır ki, endirim  yalnız istehsal tarixi 2005-ci ildən yuxarı avtomobillərə şamil edilir.İstehsal yerinə gəldikdə isə Rusiya avtomobilləri istisnaya daxildir. Yəni, bu avtomobillərə görə endirim verilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272