SIĞORTA

«AtaSığorta»nın vəziyyəti məlum oldu – HESABAT
05 AVQUST
231

«AtaSığorta»nın vəziyyəti məlum oldu – HESABAT

2016-08-05 09:55:00

“AtaSığorta” şirkətinin bu ilin 7 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə  7,8 % artaraq 6 609 381 manat olub. 2015-ci ilin yanvar-iyul aylarında isə sığorta şirkəti 6 128 221 manat sığorta haqqı toplaya bilmişdi. 

Sığorta şirkəti  yığımlarının  28 %-ni ödəniş  olaraq müştərilərinə geri  qaytarıb.Yığımlardan fərqli olaraq sığorta ödənişləri  ötən ilin 7 ayı ilə müqayisə  20,7% azalaraq  1 854 041  manat olub. Sığorta şirkəti ötən ilin yanvar-iyul aylarında 2 338 518 manat ödəniş edib.

“AtaSığorta” iyul ayı üzrə də nəticələrini açıqlayıb. Şirkət bir ayda 1 833 230 manat sığorta haqqı toplayıb. Aylıq ödənişinin ümumi həcmi isə 1 367 müraciət üzrə 259 156 manat təşkil edib. Şirkətin ödəniş xərclərinin 67,2 %-i avtomobillərə dəyən ziyanla bağlı olub.135 avtomobilin təmiri 174 231 manata başa gəlib.

“AtaSığorta”nın aylıq tibbi sığorta ödənişləri 74 924 manat təşkil edib. Bundan əlavə fərdi qəza və xəstəlik sığortası üzrə 10 min manat ödəniş verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274