SIĞORTA

Qəzada avtomobilə dəyən ziyanla bağlı – YENİ TƏKLİF
04 İYUL
314

Qəzada avtomobilə dəyən ziyanla bağlı – YENİ TƏKLİF

2016-07-04 11:22:00

Azərbaycanda yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsi üçün səsləndirilən yeni təklif müsbət effekt verə bilər.

Fins.az "Trend"-ə istinadən xəbər verir ki, "Audatex Azerbaijan" şirkətinin rəhbərinin verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində ölkədə vahid sistem tətbiq edilməlidir.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində sığorta bazarında vahid sistemin tətbiqi sığortaçılarla sığorta olunanlar arasında münaqişəli situasiyaları azaldacaq.

Z.Kərimzadə əlavə edib ki, bütün inkişaf etmiş ölkələrdə sığorta şirkətləri, qiymətləndirənlər, servis xidmətləri, hətta məhkəmə ekspertləri vahid qiymətləndirmə metodologiyasından istifadə edirlər: "Məsələn, Azərbaycanın yaxın qonşusu Rusiya hələ 2014-cü ildə bu metodologiyanın tətbiqinə başlayıb və bu sistem çox uğurla işləyir".

Onun sözlərinə görə, bu sistemin tətbiqi həm də ilk növbədə avtomobilin ehtiyat hissələrinə eyni qiymətin tətbiqi deməkdir.

Metodologiyanın digər müsbət məqamlarının da olduğunu vurğulayan Z.Kərimzadə qeyd edib ki, şirkət artıq həmin metodologiya üzərində işi yekunlaşdırıb və baxılması üçün Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272