SIĞORTA

Sığorta şirkətinin rəhbərliyində dəyişiklik
30 İYUN
946

Sığorta şirkətinin rəhbərliyində dəyişiklik

2016-06-30 12:58:00

«Azərbaycan Sənaye Sığorta» şirkətinin rəhbərliyində dəyişiklik var. Fins.az-ın məlumatına görə, Şirkətin aparıcı mütəxəssislərindən biri - Daxili Audit Xidmətinin rəhbəri Kənan Əskərov şirkəti tərk edir. K.Əsgərovun öz fəaliyyətini yenidən qurulmaqda olan sığorta şirkətində davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, Kənan Əskərov 2004-cü ildə Hüquq fakültəsini və 2007-ci ildə Türk Sığorta İnstitununun (TSEV) “Yanğın və Mühəndislik sığortaları” ixtisasını əla nəticələrlə bitiririb. Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb, 40-dan çox hüquqi və bir elmi məqalələnin müəllifidir. Sığorta sahəsində fəaliyyətinə 2006-cı ildə “Xalq Sığorta” ASC-də “Anderaytinq” departamentinin mütəxəssisi vəzifəsi ilə başlayıb, 2007-ci ildə“Xalq Sığorta” ASC-də “Hüquqi Şəxslərə satış” şöbəsinin müdiri və 2009-cu ildən 2011-ci ilədək “Daxili Audit xidməti”-nin rəhbəri vəzifəsində çalışıb. 2011-ci ildən karyerasını “Azərbaycan Sənaye Sığorta” ASC-də davam edib. 2013-cü ilədək həmin şirkətdə “Anderaytinq” şöbəsinin müdiri, 2013-2014-cü il ərzində “Təkrarsığorta və Anderaytinq Departamenti”-nin direktoru, 2014-cü ildən 2016-cı ilin iyun ayınadək “Daxili Adit Xidməti”-nin rəhbəri vəzifəsində çalışmışdır.

Eyni zamanda şirkətin daxili sığorta proqramının inkişafı və təkminləşdirilməsinə yönəlmiş fəaliyyətə rəhbərlik edib. Kənan Əskərov 2011-ci ildən Daxili Auditorlar İnstitunun üzvü həmçinin 2011-2015-ci illər üzrə “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvü olub. 2014-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Könüllü sığorta növləri üzrə komitənin üzvüdür. Sığorta, təkrarsığorta və daxili audit üzrə bir çox yerli və xarici - ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə, İsveçrə və Fransa kimi ölkələrdə keçirilən kurs və seminarlada iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275